Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkənin XİN rəhbəri Ukraynaya verdiyi dəstəyə görə ölümlə hədələndi

Bu ölkənin XİN rəhbəri Ukraynaya verdiyi dəstəyə görə ölümlə hədələndi

Tarix: 14 Aprel 2022 22:50

İtaliyanın xarici işlər naziri Luici Di Mayo Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı mövqeyinə görə sosial mediada ölümlə hədələnib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, polis Di Mayoya qarşı ölüm təhdidləri ilə bağlı iki nəfərin istintaqa cəlb edildiyini bildirib.

Belə ki, təhdidlərlə əlaqədar olaraq Milan əyalətində 46 yaşlı və Sirakuza əyalətində 48 yaşlı kişinin evinə basqın edilib.

Polis "tənha canavarlar" adlandırılan şəxslərin heç bir ekstremist qruplaşmaya aid olmadığını bildirib.


Etiketlər:  ölkənin XİN rəhbəri Ukraynaya verdiyi dəstəyə görə ölümlə hədələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ