Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2022 04:03
Böyrəklər həyat əhəmiyyətli orqan hesab edilir. Böyrəklərin əsas fəaliyyəti orqanizmdəki artıq mayeni sidiyə çevirib xaric etmək, orqaizm üçün vacib sayılan ferment və hormon ifraz etməkdən ibarətdir. Böyrəyin ifraz etdiyi ferment və hormonlar isə orqanizmdə bir çox funksiyaların həyata keçməsində mühüm rol oynayır.
Böyrəklərdə müxtəlif patologiyaların olduğu zamanlarda isə böyrəklər öz funksiyasını yerinə yetir bilmir və müxtəlif xəstəliklər meydana çıxır. Belə xəstəliklərin baş verməməsi üçün böyrəklərin sağlamlığına diqqət yetirmək lazımdır.
Orqanizmdə maddələr mübdiləsinin getməsi üçün böyrəklərin ferment ifraz etməsi vacibdir. Bu fermentlərin içərisində natri bikarbonat da vardır. Bəzən qəbul elədiyimiz qidaların miqdarından asılı olaraq böyrəklərimizin ferment ifrazı artmağa məcbur qalır. Bu zaman maddələr mübadiləsi pozulur və böyrəklərdə daşlar əmələ gəlməyə başlayır.
Araşdırmalar müxtəlif patoloji amillər səbəbindən böyrəklərdə meydana gələn xəstəliklərin aradan qalxmasında soda qəbul etmənin mühüm rol oynadığını söyləyirlər. Belə ki, süzmə qabiliyyəti zəif böyrəyi olan adamın soda qəbul eləməsi onun dializə olan ehtiyacını azaldır.
Natri bikarbonat orqanizmdə böyrəklərin normada qalmasına səbəb olur. Belə ki, soda orqanizmdə turşuluun və qanda sidik turşusunun miqdarını azaldır. Sodanın hər gün qəbul edilməsi də bir növ dializ "rolu" oynayır. Soda qəbul eləmək qida vasitəsilə böyrəklrin zədələnmsinin qarşısını alır. Soda orqanizmdə azotun, gümüşün və fosforun toksiki zəhərlənməsinin miqdarını neytrallaşdırır.
Soda qəbul eləmək onkoloji xəstəliklərin müalicəsi zamanı tətbiq edilən kimya terapiyasının da toksiki təsiri aradan qaldırmaq qabiliyyətinə malikdir.
Orqanizmdəki zəhərli maddələrin xaric olunması üçün sodanı necə qəbul etməli?
Birinci gün yarın çay qaşığı qida sodası dilin altına alınır və yavaş-yavaş sorulur. Səhəri gün 1,5 litr suya 1 çay qaşığı soda və ½ çay qaşığı xörək duzu əlavə edilib qarışdırılır və 10 gün müddətində hər gün içilir.