Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2022 08:14
Sahibsiz itlərlə bağlı paylaşımı etirazlara səbəb olan türkiyəli müğənni Yıldız Tilbe ifadə verib.
Sosial mediada sahibsiz itlərlə bağlı paylaşımı böyük əks-səda doğuran Yıldız Tilbe İstanbul Ədalət Sarayına gələrək ifadə verib.
Qeyd edək ki,Yıldız Tilbe tvitterdəki sosial media hesabında "Sahibsiz itlər heyvan sığınacaqlarında toplanaraq ağlı başında və heyvansevər məmurlar tərəfindən baxılmalıdır. Hücum edən it qruplarına onların yerləşdiyi bölgənin əhalisi zəhərli ət verməlidir" paylaşımı əks-səda doğurub.
Onun paylaşımından sonra bir çox insan, xüsusən də heyvansevərlər sərt reaksiya verib və məşhur müğənni haqqında cinayət işi qaldırılıb.