Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lənkəranda müəllim intihar etdi

Lənkəranda müəllim intihar etdi

Tarix: 16 Aprel 2022 10:12

Lənkəran rayonunda 61 yaşlı kişi özünü asıb.

Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə rayonun Gəgiran ərazi nümayəndəliyinə aid Diryan kəndində baş verib.

Belə ki, bədən tərbiyəsi müəllimi, 1961-ci il təvəllüdlü Allahyar Qasım oğlu Rəhmətovun kəndə yaxın meşə ərazisində meyiti tapılıb.

Yaxınlarının sözlərinə görə, dünən axşamdan evə qayıtmadığından ailə üzvləri onu axtarıb və meyitini meşəlik ərazidə asılmış vəziyyətdə aşkar ediblər.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Etiketlər:  Lənkəranda müəllim intihar etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ