Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2022 16:30
"Schmidt Hammer Lassen" şirkətinin danimarkalı memarları İsveçrənin Vintertur şəhərində inşa olunacaq yaşayış binasının layihəsini nümayiş etdiriblər.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu, dünyanın ən hündür taxta konstruksiyalı binası olacaq.
"Rocket&Tigerli" adlanan kompleksin avtomobilqayırma zavodunun yerləşdiyi keçmiş sənaye meydançasında tikilməsi planlaşdırılır. O, 100 metr hündürlüyə çatacaq müxtəlif hündürlükdə dörd komponentdən hazırlanacaq.
Tikinti işlərinin 2026-cı ildə başa çatdırılması planlaşdırılır. Kompleksdə mənzillər, tələbə yataqxanaları, restoran və ticarət obyektləri yerləşəcək. Binaların fasadı terakota kərpic və plitələrlə üzlənəcək.
Binaların dizaynı ətrafdakı tikililərə uyğun olacaq.