Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

6 avtomobil toqquşdu, biri aşdı - 7 ölü

6 avtomobil toqquşdu, biri aşdı - 7 ölü

Tarix: 13 Sentyabr 2019 08:00

Bakı. Elnur Bağışov - Trend:

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətin Miyana rayonunda iki avtomobilin toqquşması ilə ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, faktı İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonu hüquq-mühafizə orqanının polis rəisi polkovnik Ramazan Allahverdian təsdiqləyib.

R.Allahverdianın sözlərinə görə, hadisə nəticəsində 2 sərnişin həlak olub, 5 nəfər yaralanıb.

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zahidan-Xaş yolunda isə avtobusun "Pride" markalı avtomobillə toqquşması nəticəsində sonuncuda 2 nəfər həlak olub, 2 nəfər yaralanıb.

İranın Mərkəzi vilayətində də qəza baş verib. "Samand" markalı avtomobilin aşması nəticəsində 2 nəfər həlak olub, 1 nəfər yaralanıb.

İlam vilayətində isə "Peugeot Pars" avtomobili avtobusla toqquşub. Hadisə nəticəsində 1 nəfər həlak olub, 3 nəfər yaralanıb.


Etiketlər:  6 avtomobil toqquşdu biri aşdı 7 ölü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ