Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2022 23:00
Rusiyanın Hərbi Dəniz Qüvvələrinin Komandanı admiral Nikolay Yevmenov Sevastopolda "Moskva" raket kreyserinin heyəti ilə görüşüb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, "Moskva" kreyserinin zabitləri, miçmanları və matrosları Hərbi Dəniz Qüvvələrində xidmətini davam etdirəcəklər.
Onun sözlərinə görə, "Moskva" kreyserinin ekipajından olan hərbi xidmətə çağırılan dənizçilər may ayından iyun ayına kimi qanunvericiliyə uyğun olaraq tərxis olunacaqlar.