Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mourinyo avrokubokların tarixinə düşdü

Mourinyo avrokubokların tarixinə düşdü

Tarix: 17 Aprel 2022 10:16

İtaliya "Roma"sının baş məşqçisi Joze Mourinyo avrokubokların yarımfinal mərhələsinə ən çox vəsiqə qazanan mütəxəssis olub.

Milli.Az report-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bu ada evdə Norveçin "Budye Qlimt" komandasını 4:0 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin cavab oyunundan sonra yiyələnib.

İlk matçda rəqibinə 1:2 hesabı ilə uduzan "canavarlar" iki görüşün nəticəsinə əsasən, mərhələ adlayıb. Finala gedən yolda İngiltərə "Lester"inə qarşı matçlar Mourinyo üçün məşqçilik karyerasında 11-ci yarımfinal dueli olacaq.

59 yaşlı mütəxəssis bu göstəricidə Aleks Fergüsson, Yupp Haynkes, Karlo Ançelotti və Xosep Qvardiola kimi baş məşqçiləri geridə qoyub.

O, həmçinin, Avropanın hər üç turnirində - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında yarımfinala çıxan birinci mütəxəssis olub.

Milli.Az


Etiketlər:  Mourinyo avrokubokların tarixinə düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ