Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya gəmilərinin Estoniya limanlarına daxil olması qadağan edilib

Rusiya gəmilərinin Estoniya limanlarına daxil olması qadağan edilib

Tarix: 17 Aprel 2022 16:54

Estoniya hökuməti Rusiya gəmilərinin bu ölkənin limanlarına daxil olmasını qadağan edib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Estoniyanın iqtisadiyyat və kommunikasiyalar naziri Taavi Aas deyib.

Qərar bu gündən, aprelin 17-dən qüvvəyə minib.

"Kremlin aqressiyasına son qoymasına dair heç bir əlamət yoxdur. Ona görə Avropa tədricən müharibənin Rusiyaya baha başa gəlməsi üçün strateji yollar axtarır", - o söyləyib.

Qeyd edək ki, bundan əvvəl bir neçə ölkə, o cümlədən Belçika, Ruminiya, Bolqarıstan və İtaliya Rusiya gəmilərinin öz limanlarına daxil olmasına qadağa qoyub.


Etiketlər:  Rusiya gəmilərinin Estoniya limanlarına daxil olması qadağan edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ