Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hacıqabulda taxıl sahələri susuzluqdan məhv olur - VİDEO

Hacıqabulda taxıl sahələri susuzluqdan məhv olur - VİDEO

Tarix: 18 Aprel 2022 13:50

Hacıqabul rayonunun ucqar kəndlərindən biri olan Şorbaçıda su çatışmazlı yaşanır.  Buna görə də kənd sakinləri əkin sahələrini suvara bilmirlər.  

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.

Müşahaidə olunan quraqlıq və susuzluq onların əməyini boşa çıxardıb. Sakinlər qeyd edirlər ki, hər il bu vaxtlar əkdikləri taxıl zəmiləri yamyaşıl olardı. Lakin indi həmin taxıl zəmilərindən əsər-əlamət qalmayıb.

Ötən ilin sentyabr-oktyabr aylarında torpağa səpilən arpa və buğda toxumları vaxtında suvarılmadığından quruyaraq məhv olur. Çarəsiz qalan kənd sakinləri növbəti ildə bənzər problemlə qarşılaşmamaq üçün aidiyyəti qurumlardan lazımi tədbirlərin görülməsini istəyirlər.

Məsələ ilə bağlı Hacıqabul Suvarma Sistemləri İdarəsindən bildirilib ki, Şorbaçı kəndi sonuncu yaşayış məntəqəsi olduğundan və Pirsaat çayında suyun səviyyəsinin illik normadan azlığı səbəbindən kənddə su problemi müşahidə olunur. Şorbaçı kəndində idarənin xidmət sahəsi olmadığından fermerlər özləri Pirsaat çayına su gələn zaman suvarma işləri həyata keçiririlər. Hazırkı dövrdə çayda suyun az olması problemləri otaya çıxarıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Hacıqabulda taxıl sahələri susuzluqdan məhv olur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ