Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2022 00:32
Kocaelidə (Türkiyə) qapı-qapı gəzib kərə yağı satan qadının hərəkətləri hər kəsi şoka salıb.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, bəlli olub ki, qadın yağın tərkibinə kartof püresi və marqarin qarışığını qataraq satmaqla onları aldadıb. Zərərçəkənlər dondurulmuş kərə yağı əridikdən sonra kartof püresi olduğunu anlayınca polisə gedərək şikayət ediblər. Saxta yağın kilosunu isə 80 lirəyə satıb.
Məsələn, evdə son pulu ilə saxta kərə yağı aldığını deyən Gülhan Karakaş adlı şikayətçi "zəng çaldı, qapını açanda əlində bu yağı tutmuşdu. "Yağ, yumurta, pendir satıram" dedi. Mən hələ maaş almadığımı deyəndə, "uşaqlarıma yemək alacam" deyərək borca mal satmayacağını bildirdi. Evdə son 100 lirəm var idi. Onun halına yazığım gəldiyi üçün yağı aldım. Qalıq 20 TL-ni də qaytarmadı. "Gələn həftə sənə süd və pendir gətirəcəm" deyib getdi. Bacıma da 3 kilo satdı" deyə şikayətçi bildirib.
Anar Əli