Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2022 12:50
Britaniya tezliklə Ukraynaya "Stormer HVM" zirehli raket buraxılış sistemləri göndərəcək.
Sonxeber.net bildirir ki, bu barədə "The Sun" Müdafiə Nazirliyindəki məlumatlı mənbələrə istinadən məlumat yayıb.
İki həftə əvvəl Böyük Britaniyanın Müdafiə Nazirliyi Solsberidə keçirilən sərgidə ukraynalı həmkarları üçün "Stormer" buraxılış qurğusunu nümayiş etdirib.
"Stormer" "BAE Systems" tərəfindən istehsal olunur və onu idarə etmək üçün yalnız üç nəfər (komandir, sürücü və topçu) və "Starstreak" raketləri tələb olunur.
Bu raketlər düşmənin alçaqdan uçan təyyarələrini və helikopterlərini vura bilir.
Mütəxəssislər onları Qərb dövləti tərəfindən indiyə qədər göndərilmiş "ən yaxşı dəst" adlandırırlar.
13 tonluq yüksək texnologiyalı buraxılış qurğuları bir neçə gün ərzində yüklənib Ukraynaya göndərilə bilər.
"Heç kimə sirr deyil ki, Britaniya Ukraynaya zenit imkanları ilə kömək edəcəyinə söz verib. Müdafiə naziri bu həftə parlamentdə bəyanatla çıxış edəcək", - mənbə bildirib.
Əfqanıstandakı Britaniya qüvvələrinin keçmiş komandanı Riçard Kemp deyib ki, "Stormer/Starstreak" kombinasiyası Rusiya ordusuna ağır itkilər yaşadacaq və Ukraynanın döyüş qabiliyyətini gücləndirəcək.
"Bu, Rusiya hərbi hava qüvvələrinin aşağı hündürlükdən endirdiyi istənilən zərbəyə ciddi ziyan vuracaq son dərəcə səmərəli, yüksək mobil döyüş maşınıdır", - deyə hərbçilər bildirib.
"Stormer"lər Ukraynanın nəm torpağında da yaxşı hərəkət edir.
Aslan Məmmədov