Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2022 18:06
Tanınmış azərbaycanlı biokimyaçı alim, ABŞ-ın Ayova Universitetinin əməkdaşı Həkim Muradov vəfat edib.
Bu barədə AMEA-dan məlumat verilib.
Bildirilib ki, alim 64 yaşında dünyasını dəyişib.
Bildirilib ki, H.Muradov 29 oktyabr 1958-ci ildə Şəkidə anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsini bitirdikdən sonra AMEA-da Bioloji Tədqiqatlar Mərkəzində təyinatla işə başlayıb və tez bir zamanda Moskva şəhərinə ezam edilib.
Həkim SSRİ Elmlər Akademiyasının vitse-prezidenti, akademik Y.A.Ovçinnikovun rəhbərlik etdiyi Zülalların Bioüzvükimyası Laboratoriyasında elmi tədqiqata başlayıb.