Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Murda'' həbs olundu

''Murda'' həbs olundu

Tarix: 20 Aprel 2022 09:38

"Duman", "Eh baba", "Pahalı" adlı mahnılarıyla tanınan repçi "Murda" ləqəbli Öndər Doğan həbs olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, repçiyə mahnılarında narkotik maddəyə meyillilik yaratdığı iddiasıyla 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. 

Doğanın vəkili qərara etiraz edəcəklərini bildirib. 

Qeyd edək ki, repçi ötən ilin noyabrında Türkiyədə hakim qarşısına çıxarkən izahatıyla hər kəsi təəccübləndirmişdi. "Murda" Hollandiya vətəndaşı olduğunu və narkotik maddələrin orada qanuni olduğunu söyləmişdi. Onun izahatından sonra repçinin xaricə çıxmaq üçün qoyulan qadağası ləğv olunmuş və yeni məhkəmə günü təyin olunmuşdu.

Milli.Az


Etiketlər:  Murda həbs olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ