Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2022 14:02
Almaniyanın məişət kimyası məhsulları şirkəti "Henkel" Rusiyada fəaliyyətini dayandırır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, şirkət rəhbərliyi qərarı "Ukrayna müharibəsində yaşanan mövcud hadisələr"lə əsaslandırıb.
Həmçinin, "Henkel"in Rusiyadakı 2 500 əməkdaşının məvaciblərini ölkəni tərk etmə prosesi tamamlanana qədər ödəməyə davam edəcəyi bildirilib.
Qeyd edək ki, "Henkel" 30 ildən artıqdır ki, Rusiyada fəaliyyət göstərir. Şirkət "Persil", "Pril", "Fa", "Schwarzkopf", "Vernel" və "Perwoll" kimi tanınmış brendlərin istehsalçısıdır.