Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2022 08:28
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç Ukraynada hərbi əməliyyatların vaxtı ilə bağlı yeni proqnozunu açıqlayıb.
Bu barədə O.Arestoviç "Kanal 24"ə müsahibəsində danışıb.
Bildirilib ki, o, döyüşlərin aktiv mərhələsinin mayın 9-dək davam edəcəyini açıqlayıb. O, Ukraynanın Qərb silahlarını alacağı təqdirdə müharibənin yaxın aylarda bitəcəyini qeyd edib:
"Ssenari belə də ola bilər - mayın 9-na kimi onlar sınacaqlar, aktiv hücuma keçə bilməyəcəklər və ya bəlkə də, daha tez olacaq. Sonra mövqe müharibəsi olacaq və iyula qədər biz onları tədricən məhv edəcəyik".
Prezident Ofisinin rəhbərinin müşaviri güman edir ki, bundan sonra rusiyalılar danışıqlara gedəcək və ən azı fevralın 23-də olduğu vəziyyətə qayıdacaqlar: "Bu variantın əsas şərti yetəri sayda Qərb silahlarıdır - ilk növbədə artilleriya".
Onun fikrincə, əgər hadisələr belə cərəyan etməsə, bu, hər iki tərəf üçün çox uzun və çətin mövqe döyüşləri olacaq.