Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna arsenalına 20 qırıcı təyyarə əlavə etdi

Ukrayna arsenalına 20 qırıcı təyyarə əlavə etdi

Tarix: 21 Aprel 2022 12:32

Ukrayna Hərbi Hava Qüvvələri arsenalına 20 əlavə qırıcı təyyarə daxil edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəhbər rəsmisi bildirib.

O, bunun Ukraynaya ehtiyat hissələri axını nəticəsində mümkün olduğunu qeyd edib.

Mənbə ehtiyat hissələrinin hansı ölkə tərəfindən tədarük edildiyini açıqlamayıb, lakin vurğulayıb ki, ABŞ və digər ölkələr Ukraynanın "havada qala bilməsi üçün" ehtiyac duyduğu ehtiyat hissələri əldə edə bilməsi üçün işləyib.

Qeyd olunub ki, ehtiyat hissələrin təmin edilməsi Ukraynaya hərbi aviasiya vasitələrinin sayını genişləndirməyə imkan verib. "Onların indi üç həftə öncəkindən daha çox aviasiya vasitələri var", - deyə rəsmi bildirib.


Etiketlər:  Ukrayna arsenalına qırıcı təyyarə əlavə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ