Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəhram Bağırzadə - ''Ramazan ayında ancaq ibadətlə məşğul oluram''

Bəhram Bağırzadə - ''Ramazan ayında ancaq ibadətlə məşğul oluram''

Tarix: 21 Aprel 2022 18:40

Son zamanlar cəmiyyətdə artan aqressivlik özünü yeniyetmə və azyaşlıların münasibətində də büruzə verir. Hətta bu aqressiyanın nəticəsi kimi zorakılıq, ağır qətl hadisələrinin baş verməsi ilə bağlı vaxtaşırı məlumatlar yayılır.  

Ötən gün 15 yaşlı oğlan küçədə anasını bıçaqla qətlə yetirdi. Bundan bir gün öncə Gəncədə məktəbli qız digər qız sinif yoldaşını bıçaqladı. 15 yaşlı qızın sinif yoldaşına boyun və kürək nahiyəsindən 2 zərbə vurduğu bildirildi.

Bəs bunun səbəbi nədir? Yeniyetmələr niyə aqressivləşib?

Sonxeber.net xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan Əməkdar artist, "Bakılı oğlanlar", "KVN" teatrının aktyoru Bəhram Bağırzadə Ramazan ayında bu tip xəbərləri oxumadığını bildirib:

"Mən bu tip xəbərləri oxumuram. Ümumiyyətlə, mən xəbərləri oxumuram. Ramazan ayında mən başqa işlərlə - ancaq ibadətlə məşğul oluram. İnsanlar Ramazan ayında ibadət etsəydilər, bu cür problemlər də olmazdı".


Etiketlər:  Bəhram Bağırzadə Ramazan ayında ancaq ibadətlə məşğul oluram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ