Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məktəbli qızın 12 kiloqramlıq süd vəzisi əməliyyat olundu

Məktəbli qızın 12 kiloqramlıq süd vəzisi əməliyyat olundu

Tarix: 21 Aprel 2022 21:27

Kazanda 14 yaşlı məktəbli qızın süd vəzisində çoxdan planlanan riskli əməliyyat baş tutub.

Sonxeber.net bakupost-a istinadən xəbər verir ki, Viktoriya adlı qız yaşına uyğun olmayan iri ölçüdə süd vəzilərindən əziyyət çəkirdi.

Məktəbə çətinliklə gələn qız kompleks keçirirdi.

Sinif rəhbəri qızın valideynlərinə əməliyyat etdirməyi tövsiyə edib.

"Uşaq çox pis vəziyyətdə idi. Beli əyilirdi, bir süd vəzisi 5 kq-dan artıq idi. Süd vəziləri qarnına kimi çatırdı. Qız evdən bayıra çıxmaq istəmirdi" - deyə pasiyenti müayinə edən həkim ginekoloq bildirib.

Ümumilikdə 12 kq-dan artıq süd vəzi toxumasının çıxarılması, süd vəzilərinin kiçildilməsi əməliyyatı alan həkimlər onu kovid səbəbindən təxirə salsalar da, nəhayət ki bu il gözlənilən əməliyyat baş tutub.

11 yaşından süd vəziləri anormal böyüyən qızda bu problemin hormonal və ya genetik səbəbdən olduğu deyilir.

Qızı Tatarıstanın onkoloq cərrahı Maksim Drujkov əməliyyat edib. O, uşaqda qiqantomastiya diaqnozu qoyub.

Həkim bildirib ki, bu anomaliya ilə təcrübəsində ilk dəfədir qarşılaşır.


Etiketlər:  Məktəbli qızın kiloqramlıq süd vəzisi əməliyyat olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ