Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Peskovdan Tokionun bəyanatına reaksiya

Peskovdan Tokionun bəyanatına reaksiya

Tarix: 22 Aprel 2022 15:08

Kuril silsiləsinin cənub hissəsinin dörd adası Rusiya Federasiyasının ərazisinin ayrılmaz hissəsidir.

Milli.Az TASS-a istinadən cəbər verir ki, bunu cümə günü Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Yaponiya Xarici İşlər Nazirliyinin diplomatiyaya dair illik hesabatında Kuril adalarının cənub hissəsini "qanunsuz işğal olunmuş" adlandırmasını şərh edərkən bildirib.

"Hər dörd ada Rusiya Federasiyasının ayrılmaz ərazisidir", - o qeyd edib.

O, həmçinin bəyan edib ki, indiki şəraitdə Yaponiya ilə sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsindən danışmaq çox çətindir.

"Aydındır ki, indi Yaponiya dost olmayan ölkəyə çevrilib və Rusiya Federasiyasına qarşı bir sıra düşmənçilik aksiyalarına qoşulub, danışıqlar prosesinin davam etdirilməsi barədə danışmaq çox, çox çətindir", - Kreml sözçüsü bildirib.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Peskovdan Tokionun bəyanatına reaksiya


RƏYLƏR