Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peskov Mariupolla bağlı bəyanatı təkzib etdi

Peskov Mariupolla bağlı bəyanatı təkzib etdi

Tarix: 22 Aprel 2022 15:20

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Dövlət Departamentinin Ukrayna Silahlı Qüvvələrinin Mariupolu saxlamaqda davam etməsi ilə bağlı bəyanatlarını təkzib edib və Rusiya Müdafiə Nazirliyinin məlumatlarına diqqət yetirməyi təklif edib.

Milli.Az TASS-a istinadən bildirir ki, "Bu bəyanatlarda həqiqət yoxdur. Biz hər kəsə dünən Müdafiə Nazirliyi vasitəsilə verilən və müdafiə naziri Sergey Şoyqunun prezident Vladimir Putinlə görüşdə verdiyi məlumatı rəhbər tutmağı təklif edirik", - o, dedi.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays, Şoyqunun Rusiya Federasiyasının prezidentinə Mariupoldakı nəzarətlə bağlı hesabatını dezinformasiya adlandırıb.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Peskov Mariupolla bağlı bəyanatı təkzib etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ