Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2022 22:44
Mariupolda Ukraynanın Rusiyaya qarşı müqavimətinin simvoluna çevrilən Milli Qvardiyanın həkimi Olena Kuşnir vəfat edib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Olena Kuşnir müharibə zamanı Mariupolda mülki əhaliyə və əsgərlərə kömək edən 100-ə yaxın qadından biri olub.
Ölümündən bir neçə gün əvvəl Olena Rusiyanın Mariupol bölgəsinə hücumlarının nəticələrini təsvir etdiyi bir video yayımlamışdı. Videoda şəhərdəki kritik vəziyyətə toxunan Olena tibbi ləvazimatların verilməsinə icazəni, yaralıların təxliyə edilməsini və ölənlərin ləyaqətlə dəfn edilməsini tələb edib.
Olena Kuşnir Rusiyanın hücum cəhdinin ilk günlərində şəhərə edilən hücumda ərini itirmişdi. Açılan humanitar dəhlizlə oğlunu təhlükəsiz yerə aparan Olena daha sonra Mariupola qayıdaraq mübarizəni davam etdirib.
Olena Kuşnir hücumun ilk günündən sosial media vasitəsilə Qərb ölkələrini fəlakətlər barədə məlumatlandırmağa çalışırdı.
Kiyevdə yaşayan insan haqları üzrə vəkil Oleksandra Matviiçuk sosial şəbəkədə Olenanın ölüm xəbərini açıqlayıb.