Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2022 07:32
"Moskva" kreyserində baş verən yanğın nəticəsində heyətin 27 üzvü itkin düşüb, 1 üzvü isə həlak olub.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildiriblər.
"Aprelin 13-də sursatların partlaması nəticəsində baş vermiş yanğında "Moskva" raket kreyserinə ciddi ziyan dəyib. Heyətin yanğını söndürmək cəhdləri uğursuz olub. Gəminin batmaması uğrunda mübarizə zamanı bir hərbçi həlak olub, daha 27 heyət üzvü itkin düşüb", - deyə açıqlamada deyilir.