Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Abramoviçə sanksiyalar tətbiq edilir, amma işçilər əziyyət çəkir'' - Droqba

''Abramoviçə sanksiyalar tətbiq edilir, amma işçilər əziyyət çəkir'' - Droqba

Tarix: 23 Aprel 2022 08:44

"Çelsi"nin sabiq futbolçusu Didye Droqba klubun rusiyalı sahibi Roman Abramoviçə sanksiyalar tətbiq edilməsi barədə danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 44 yaşlı keçmiş hücumçu bu qadağaların London təmsilçisinə maneələr yaratmasının düzgün olmadığını deyib:

"Ukraynadakı vəziyyətə görə klubun sanksiyalardan əziyyət çəkdiyini görmək çox təəssüf doğurur. Məncə, futbolun bununla heç bir əlaqəsi yoxdur.  Klubun tam gücü ilə işləməsinə imkan verməmək böyük səhvdir. Mən hesab edirəm ki, siz İngiltərədən və Avropadan gələn insanlara, işçilərə əziyyət verirsiniz. Uzun illərdir klubu izləyən, ona həyat verən azarkeşlərə qarşı sanksiyalar tətbiq edirsiniz. İnanıram ki, "Çelsi" son 15 ildə qurulan büdcə sayəsində dünyanın ən böyük klublarından biri olmağa davam edəcək. Son 15 il çox uğurlu oldu. Bunu heç kim "Çelsi"nin əlindən ala bilməz".

Qeyd edək ki, Böyük Britaniya martın 10-da Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Bu, "Çelsi"yə də yansıyıb. Klub futbol fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb. Lakin kluba matçlara bilet satmaq, transfer etmək və oyunçularla müqavilə yeniləmək qadağan edilib. Həmçinin "Çelsi"nin bank hesabı bloklanıb. Amma bundan sonra "Çelsi"nin hazırkı duruma baxmayaraq, klubun satışının mümkün olacağı bildirilib.

Xatırladaq ki, 2004-2012, 2014-2015-ci illərdə "zadəganlar"da oynayıb.

Milli.Az


Etiketlər:  Abramoviçə sanksiyalar tətbiq edilir amma işçilər əziyyət çəkir Droqba


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ