Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2022 11:32
Dövlət sektorunda maaşların artırılmasından təxminən 3 ay keçsədə, özəl müəssisələrin bir çoxunda hələ də belə bir addım atılmayıb. Belə ki, cari ilin yanvar-fevral aylarından etibarən dövlət təşkilatlarında orta aylıq əməkhaqqı 20 faizə yaxın artıb. Ancaq özəl sektorda çalışan bəzi vətəndaşlar davamlı bahalaşma fonunda maaşlarında dəyişiklik edilmədiyini deyirlər.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, iqtisadçı ekspert Rəşad Həsənov bildirir ki, bu il özəl müəssisələrdə əməkhaqları ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artıb. Ancaq hazırkı infilyasiya fonunda bu rəqəm kifayət qədər azdır.
Millət vəkili Fazil Mustafanın fikrincə, problemin həlli üçün ilk olaraq özəl sektorun inkişafı istiqamətində müəyyən addımlar atılmalıdır.
Fazil Mustafa deyir ki, sadalanan məsələlərin həllini tapması həmin sektorda işləyənlərin də rifahına təsir edə bilər.