Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2019 16:42
Bakı. Elçin Mehdiyev – Trend:
Sentyabrın 13-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda Yeni Azərbaycan Partiyasının 2019-cu ilin dekabr ayında Azərbaycan Respublikasında keçiriləcək Bələdiyyə seçkilərinə hazırlıq işləri müzakirə edilib, İcra Katibliyinin cari ilin iyun, iyul, avqust aylarında görülən işlərinə dair hesabatı dinlənilib.
Qeyd olunub ki, bu ilin dekabr ayında ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işlərinə artıq start verilib. Partiyanın bu seçkilərə hazırlığı məsələləri təsdiq edilmiş tədbirlər planına uyğun olaraq həyata keçirilir.
İclasda cəmiyyətdəki yüksək nüfuzu və zəngin seçki təcrübəsi olan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də uğur qazanılacağına əminlik ifadə edilib. Həmçinin, YAP İcra Katibliyinin ötən üç ay ərzində həyata keçirdiyi tədbirlərin xüsusi əhəmiyyəti qeyd edilib, onların nəinki partiyanın, bütövlükdə ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi dəyərləndirildiyi nəzərə çatdırılıb.
Eyni zamanda, bir sıra cari məsələlər müzakirə edilib və müvafiq qərar qəbul olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin