Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elmar Məmmədyarov ABŞ Dövlət katibinin köməkçisinin müavini ilə görüşüb

Elmar Məmmədyarov ABŞ Dövlət katibinin köməkçisinin müavini ilə görüşüb

Tarix: 30 Aprel 2019 19:21

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Trend-ə verilən məlumata görə, ABŞ Dövlət katibinin köməkçisi Prezident İlham Əliyev tərəfindən qəbul edildiyini və faydalı fikir mübadiləsinin aparıldığını qeyd məmnunluqla qeyd edib.

Tərəflər iki ölkə arasında müxtəlif istiqamətlər, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələr üzrə mövcud olan əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar. Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclasının Bakıda keçirilməsi məsələsi müzakirə edilib.

E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların cari vəziyyəti və xarici işlər nazirlərinin Moskvada baş tutmuş görüşü haqqında qarşı tərəfə məlumat verib. Münaqişənin tezliklə həllinin və Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsinin və məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri qayıtmasının bölgədə davamlı sülh və inkişafın təmin olunması baxımından əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Elmar Məmmədyarov ABŞ Dövlət katibinin köməkçisinin müavini ilə görüşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ