Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Deyirəm, otur evdə uşaqlarla məşğul ol"

Tarix: 24 Aprel 2022 18:40

Aktyor İslam Mehrəliyev "Zaurla Günaydın" proqramına xanımı Nəzrin və övladları ilə birlikdə qatılıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor həyat yoldaşına çalışmağa icazə vermədiyini açıqlayıb:

"Magistraturanı da bitirib. Bu sahə çox çətindir, ona görə istəmirəm. Məsləhət deyil. Deyirəm, otur evdə uşaqlarla məşğul ol. Sən işləsən, ev işlərin kim görəcək?".

Nəzrin də incəsənət sahəsində təhsil aldığını vurğulayıb.

Qeyd edək ki, İslam və Nəzrin cütlüyünün bir qız, bir oğul övladı var.

Milli.Az


Etiketlər:  Deyirəm otur evdə uşaqlarla məşğul ol


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ