Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2019 19:08
PSJ-nin futbolçusu Neymar Fransa Liqasının 5-ci turunda sabah "Strasburq"la matçda oynayacaq.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə Paris klubunun baş məşqçisi Tomas Tuhel məlumat verib:
"Transfer dönəmi geridə qaldı. Kimlərlə yolumuza davam edəcəyimiz dəqiqləşdi. Neymar komandanın bir üzvüdür. O, artıq PSJ-yə köklənə bilər".
Qeyd edək ki, Neymar ölkə çempionatında bundan əvvəlki 4 turda oynamayıb. Onun bu yay "Barselona"ya qayıdacağı iddia olunurdu.