Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neymar qayıdır - Toheldən açıqlama

Neymar qayıdır - Toheldən açıqlama

Tarix: 13 Sentyabr 2019 19:08

PSJ-nin futbolçusu Neymar Fransa Liqasının 5-ci turunda sabah "Strasburq"la matçda oynayacaq.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə Paris klubunun baş məşqçisi Tomas Tuhel məlumat verib:

"Transfer dönəmi geridə qaldı. Kimlərlə yolumuza davam edəcəyimiz dəqiqləşdi. Neymar komandanın bir üzvüdür. O, artıq PSJ-yə köklənə bilər".

Qeyd edək ki, Neymar ölkə çempionatında bundan əvvəlki 4 turda oynamayıb. Onun bu yay "Barselona"ya qayıdacağı iddia olunurdu.

 


Etiketlər:  Neymar qayıdır Toheldən açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ