Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə avtobusa daş atıldı, azərbaycanlı sərnişin xəsarət aldı

Türkiyədə avtobusa daş atıldı, azərbaycanlı sərnişin xəsarət aldı

Tarix: 26 Aprel 2022 08:10

Antalyanın Manavqat qəsəbəsində Alanyaya gedən şəhərlərarası sərnişin avtobusuna daş atan şəxslər həbs olunub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, dünən Manavqatın Çəngər məhəlləsi ərazisində D400 şosesində hərəkət edən sərnişin avtobusunun ön şüşəsinə naməlum şəxslər tərəfindən daş atılıb. Avtobusda olan sərnişinlərdən biri, azərbaycanlı Nurad Quliyev xəsarət alıb.

Manavqat polisi hadisə yerində təhlükəsizlik kameraları qeydlərini araşdırıb. Hadisənin motosikletli 3 nəfər tərəfindən törədildiyi təyin edilib. Ərazidə araşdırma aparan polis şübhəliləri hadisə yerindən bir neçə kilometr aralıda həbs edib.

Milli.Az


Etiketlər:  Türkiyədə avtobusa daş atıldı azərbaycanlı sərnişin xəsarət aldı


RƏYLƏR