Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2022 14:25
"Sponsurun məhsulu qaydalara uyğundursa aparıcının onu təqdim etmək borcudur. Bir sözlə paketin pulunu 3 qat ödəsən lap lazımdırsa "bu gənc oğlanın Leksusa ehdiyacı var" deyə aparıcı bir aya və yaxud iki aya onun rekalamın edər və o pulu yığar".
Sonxeber.net yeni sabah-a istinadən xəbər verir ki, bu açıqlama ilə "Space" TV-nin məşhur aparıcısı Amil Xəlil deyib. O, bildirib ki, burada söhbət iri məbləğlərdən gedir:
"Mən Biləcəridə qalıram, nənə müəllimədir və altında 70 minlik avtomobil, amma nəvəsi üçün pul yığılır.
Bəyəm belə xəstəlikdən əziyyət çəkən uşaq çox deyilmi ölkədə? Çoxdur. Sadəcə bunun üçün güclü reklam lazımdır.
Təbii ki, nənəsi, atası o milyonu toplaya bilməz. Amma əllərində pulları var və bu formada dramatik halla işi həll edirlər.
Lakin neçə-neçə ocaqlarda Fatmalar, Gülaylar, Zəhralar, Muradlar ömürlərini yarıda qoyurlar. Çünki onlar üçün efirdə pul yığılması üçün pul buraxacaq nənələri, babaları yoxdur! Amma nənə də var ki, iki aylıq efirin tam vaxtını alır...
Bir sözlə ona görə də hər gördüyünüzə inanmayın...
Amma deməyin ki, flankəs aparıcını görürsən, necə pul istəyir camaatdan..."