Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2022 09:24
"Rusiya Mariupola aviazərbələr endirməkdə davam edir".
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə məlumat Böyük Britaniya Müdafiə Nazirliyinin tiviter səhifəsində yer alıb.
"Bu zaman daha çox idarə olunmayan, necə düşəcəyi bəlli olmayan bombalardan istifadə olunur. Bu silahlar mülki əhali arasında itki riskini artırır. Rusiya Ukraynanın hərbi obyektlərini və ölkə daxilində logistika infrastrukturunu hədəf almağa davam edir", - paylaşımda bildirilib.