Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2022 10:50
Pentaqon Ukraynaya silah göndərilməsi ilə bağlı Almaniyanı mərkəz seçib.
Sonxeber.net kommersant-a istinadən xəbər verir ki, Almaniyanın Ştutqart şəhərində ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının bazasında Ukraynaya hərbi yardımın çatdırılmasına nəzarət üçün mərkəz təşkil edilib. Onun vəzifələri sırasına 40-dan çox ölkədən çatdırılmaların əlaqələndirilməsi və sürətləndirilməsi daxildir.
"Mərkəz bu təhlükəsizlik sisteminin səylərini dəstəkləmək üçün yaradılıb" deyə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi jurnalistlərə bildirib. Mərkəzin heyəti 15-dən çox ştatın nümayəndəsidir, rəhbəri isə "iki ulduzlu Amerika hərbi generalıdır".
ABŞ dövlət katibi Entoni Blinken və Pentaqonun rəhbəri Lloyd Ostinin Kiyevə səfərindən sonra Ukraynaya hərbi dəstəyi artıracaqlarına söz veriblər. Öz növbəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov hesab edir ki, NATO Kiyevi silahlandıraraq Rusiya ilə proksi-müharibəyə girir.