Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2022 14:44
Bu gün Avropada keçirilən hərracın açılışında mavi yanacağın min kubmetrinin qiyməti 21 faiz bahalaşıb.
Sonxeber.net xəbər verir ki, bununla da qazın qiyməti 1330 dolları ötüb.
Bahalaşma Rusiya qazının Polşa və Bolqarıstana nəqlinin dayandırılması fonunda qeydə alınıb. Belə ki, bir müddət öncə "Qazprom" şirkəti müəyyən olunmuş vaxtda mavi yanacağın qiymətinin rublla ödənilməməsi səbəbindən Bolqarıstanın "Bulqarqaz" və Polşanın PGNiG kompaniyalarına qaz tədarükünü tam dayandırdığını elan edib.
Qeyd edək ki, Avropa bazarında qazın qiymətində tarixi rekord (3892 dollar) cari ilin martın 7-də qeydə alınmışdı.