Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2022 15:18
Rusiyanın başlatdığı müharibə kifayət qədər uzun hekayədir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
Arestoviçin sözlərinə görə, Ukraynanın aldığı yeni silahlar mayın sonu, iyunun əvvəlində döyüş meydanına ciddi təsir göstərə biləcək.
Onun fikrincə, bu, 2022-ci ilin sonuna qədər davam edə bilər:
"Uzun bir hekayəyə hazır olmalısınız. Donbasda aktiv fazanın dayandırılması, xüsusi hücum, mövqeləşdirməyə keçid... Bu, müharibənin bitməsi demək deyil. Bununla belə, taktiki hərəkətlər, basqınlar, savaşlar olacaq. Bu, kifayət qədər uzun hekayədir və olduqca uzun ola bilər - hamısı bir sıra hallardan asılıdır".