Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2022 22:12
Ermənistanın paytaxtı İrəvanın "Azadlıq" meydanında yenidən etiraz aksiyası keçirilib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, aksiya "Şərəfim var" parlament fraksiyasının rəhbəri Artur Vanetsyan tərəfindən təşkil olunub.
Aksiya iştirakçıları ölkənin Baş naziri Nikol Paşinyanın siyasətinə etiraz əlaməti olaraq meydana toplaşıblar.
Aksiya zamanı polislə etirazçılar arasında toqquşma yaranıb və 5 aksiya iştirakçısı saxlanılıb.
Xatırladaq ki, Ermənistan müxalifəti bir neçə gün əvvəl İrəvanda Paşinyana qarşı etiraz aksiyalarına başlayıb.