Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sallivan Türkiyəyə təşəkkür edib

Sallivan Türkiyəyə təşəkkür edib

Tarix: 27 Aprel 2022 23:24

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Türkiyəyə təşəkkür edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Sallivan "Twitter"də bildirib.

"Trevor Ridi vətəndə salamlayarkən, onun sağ-salamat geri qayıtmasındakı oynadığı rola görə Türkiyəyə minnətdarıq. Bu mühüm məsələdə türkiyəli tərəfdaşlarımızın köməyini yüksək qiymətləndiririk", - deyə Sallivan bildirib.

Qeyd edək ki, Rusiya və ABŞ arasında məhbusların mübadiləsi baş tutub.

Rusiya Xarici İşlər Nazirliyi bu ölkədə həbsdə olan ABŞ vətəndaşı Trevor Ridlə Amerika Birləşmiş Ştatlarında məhbusluq həyatı yaşayan pilot Konstantin Yaroşenkonun dəyişdirildiyi açıqlamasını vermişdi.

Xatırladaq ki, Rusiya vətəndaşı Konstantin Yaroşenko 2010-cu ildə Amerika məhkəməsi tərəfindən 20 il müddətinə azadlıqdan məhrum edilib.


Etiketlər:  Sallivan Türkiyəyə təşəkkür edib


RƏYLƏR