Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Salahdan üzləri güldürən mesaj – Video

Salahdan üzləri güldürən mesaj – Video

Tarix: 14 Sentyabr 2019 10:08

“Liverpul”un futbolçusu Məhəmməd Salah komanda yoldaşı Sadio Mane ilə aralarında hər hansı mübahisə və narazılıq olmadığını bildirib.

Qol.az xəbər verir ki, misirli futbolçu bunu özünün rəsmi Tvitter səhifəsinə yerləşdirdiyi fərqli  videoçarxla izah etməyə çalışıb. Çarxda Salah və Mane bir-birinin qucaqlayıb, sonra da  mehribancasına oynayan uşaqlar kimi təsvir olunublar. Arxa fonda isə “Liperpul”un baş məşqçisi Yurgen Klopp təsvir edilib.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 3-cü turunun “Bernli”yə qarşı oyununda (3:0) “Liverpul”un futbolçusu Sadio Mane əvəzlənərkən Salahın ona ötürmə etməməsinə emosional reaksiya verib. O, çılğın hərəkətini texniki zonada əyləşəndə də nümayiş etdirib ki, bu da kameraya düşüb.



 


Etiketlər:  Salahdan üzləri güldürən mesaj Video


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ