Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2022 14:02
Ötən gecə Rusiya hərbçiləri Mariupola 50-yə yaxın hava zərbəsi endirib və çoxlu sayda fosfor bombası atıblar.
Sonxeber.net bildirir ki, bu haqda RBK-Ukrayna Azov alayının komandir müavini, kapitan Svyatoslav Palamarın müraciətinə istinadən xəbər verir.
"Bu gecə hava hücumları həyata keçirilib, çox böyük miqdarda fosfor bombaları, raketlər atılıb, artilleriya istifadə edilib, bir barbarın insanlığa qarşı istifadə edə biləcəyi hər şey oldu", - o dedi.
Palamar şəhərin blokadasının açılması üçün qəti addımlar atmağa çağırıb: "Mən hərbi-siyasi rəhbərliyi Vətənə ümid edən və inanan hər kəsin blokadasını açmaq və ya təxliyyə etmək üçün qəti addımlar atmağa çağırıram. Mən bu gün Mariupol Ukraynadır deyil, Ukrayna Maripoldur deyəcəyəm".
Aslan Məmmədov