Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2022 21:27
Şampun 20-ci əsrə qədər hamam rəflərində olan bir məhsul deyildi. O zamanlar insanlar özlərinin təbii üsullarla hazırladığı köhnə sabunlardan istifadə edirdilər. Amma sabun mineral tərkibli sularda çox da işimizə yaramır. Araşdırmalara görə, şampunu əvəz edən başqa alternativlər də var.
Sonxeber.net medicina.az-a istinadən həmin araşdırmanı təqdim edir:
Çay
Çay kofein sayəsində bədəndəki qan axışını sürətləndirir, dərinin nəmlənməsini və oksigen almasına kömək edir. Bütün bu təsirlər doğurdan da saçın uzanmasına, yaxşılaşmasına və tökülməsinin qarşısını almaq da faydalı ola bilər.
Karbonat
Qabartma tozu əslində bir təbii aşındırıcıdır. Saç dibində yığılan ölü dəri hüceyrələrini və kiri təmizləyər, yağı azaldar. Baş dərinizi qaşınma və qabıqdan təmizləyər. 1 stəkan su üçün 1 yemək qaşığı karbonat istifadə edin. Butulkaya tökün və toz əriyənə qədər çalxalayın. Qarışımı yaş saçınıza tökün və köklərindən başlayaraq ovun.
Alma sirkəsi
Alma sirkəsinin asidli tərkibi xüsusilə saç tökülməsinin qarşısını alar. Eyni zamanda, saçlara parlaqlıq və güc verər, saç rənginin qorunmasına kömək edər. Saçin pH dərəcəsini qoruyar. 1 xörək qaşığı alma sirkəsini 1 stəkan su ilə şüşədə qarışdırın və çalxalayın. Yuduqdan sonra saçınıza tökün və qurulayın.
Yumurta sarısı
Yumurta saçınız boyunca kiri çıxaran aktiv maddədir. Quru saçlar üçün saç kremi olaraq da istifadə edilə bilər. Duşda 1 yumurtanı nəmli saçınıza tökün. 1-3 dəqiqə gözlədin və daha sonra soyuq su ilə yuyun.
Aloe vera
Aloe vera gelini saç dərisindən uclara qədər masaj edərək tətbiq edin. Saçınızı geniş dişli bir daraqla fırçalayın. Bu təbii maskanı 30 dəqiqəyə qədər saçınızda saxlayın. Daha sonra durulayın.
Limon suyu
Limon şampunun ən ucuz və rahat tapılan alternativlərindən biridir. Xüsusi ilə kəpəklənmiş saçlar üçün əla təmizləyicidir. 1 xörək qaşığı limon suyunu 2 stəkan suya sıxıb çalxalayın. Qarışımı saçınıza tökün, 2-3 dəqiqə masaj edin və yuyun.
Kakos yağı
Kakos yağı təbii gözəllik məhsulları arasında ən məşhurlardandır. Vitaminlərlə doludur, saçları uzadır, quruluğu aradan qaldırır. Həmçinin, saç tökülməsinin qarşısını alır və kəpəklənmə probleminin aradan qaldırır. Gecələr quru saçınıza kakos yağı sürtün, daha sonra dəsmalla saçınızı bağlayın və 20-30 dəqiqə gözləyin.
Zeytun yağı
Zeytun yağı yaxşı bir nəmləndiricidir. O saçı yumşaldır, daha sağlam hala gətirir. Qalın, qırılmış, quru saçlar üçün olduqca faydalıdır. Saçlarınızın uzunluğuna uyğun miqdarda zeytun yağı sürtün və sonra durulayın.
Çay ağacı yağı
Çay ağacı yağı bakteriyalara qarşı savaşan yağdır. Yüz illərdir kəpək də daxil olmaqla dəri problemlərində geniş istifadə edilir.