Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2022 11:38
Xarkov vilayətində son sutka ərzində ruslar 5 dinc sakini öldürüb, daha 11 nəfəri yaralayıb.
Sonxeber.net bildirir ki, bu haqda Xarkov Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov Telegram-da məlumat verib.
"Düşmən Xarkovu artilleriyadan vurmağa davam etdi. Bu gün onlar Kiyev və Nemışlyanski rayonlarını atəşə tutublar. 2 dinc sakin həlak olub, 4 Xarkov sakini yaralanıb.
Xarkov vilayətində yaşayış məntəqələrinin atəşə tutulması da davam edib. Xrolıda - 1 yaralı, Kotliaridə - 1 yaralı var, 1 nəfər isə öldü. Pokotilovkada - 5 yaralı, 2 ölü var", - Sinegubov yazıb.
"Ruslar İzyumdan Brajkovka, Dovqenkiy və Bolşaya Kamışevaxi istiqamətində irəliləməyə növbəti cəhd etdilər.
Lakin onlar böyük itki verdilər və geri çəkilməyə məcbur oldular. Müdafiəçilərimiz qəhrəmancasına xətti tuturlar. Düşmən ağır itkilər verir", - o qeyd edib.
Aslan Məmmədov