Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində vəziyyət ötən müddətdə sabit olub

Prezident: Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində vəziyyət ötən müddətdə sabit olub

Tarix: 29 Aprel 2022 17:39

Üçtərəfli Bəyanatda Rusiya sülhməramlı kontingentinin dəqiq sayı və 5 il müddətində qalması ilə bağlı vaxt çərçivəsi də göstərilib. Tərəflərdən biri beşillik müddətin kifayət etdiyinə qərar versə, bu barədə altı ay əvvəl açıq şəkildə məlumat verməlidir. Hesab edirəm ki, bu, gələcək konfiqurasiyanın anlaşılması üçün çox müsbət amildir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Dövlətimizin başçısı bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində vəziyyət ötən ilyarım ərzində ümumiyyətlə sabit olub. Düzdür, müəyyən gərginliklər baş verib. Ancaq indi vəziyyət sabitdir. Rusiya sülhməramlıları ilə Azərbaycan hərbçiləri arasında münasibətlər yaxşı səviyyədədir.

Milli.Az


Etiketlər:  Prezident Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində vəziyyət ötən müddətdə sabit olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ