Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vergi orqanında uçota alınmamasına görə vergiödəyicinə cərimə tətbiq olunurmu?

Vergi orqanında uçota alınmamasına görə vergiödəyicinə cərimə tətbiq olunurmu?

Tarix: 1 May 2022 22:58

Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, vergiödəyicisinin həmin Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyektinin (obyektinin) müəyyən olunmuş qaydada vergi orqanlarında uçota alınmamasına və ya təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə görə mikrosahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 40 manat məbləğində, digər şəxslərə münasibətdə isə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, qeyd edilənlərə əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektin vergi orqanında uçota alınmamasına görə mikrosahibkarlıq subyekti olan vergiödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.


Etiketlər:  Vergi orqanında uçota alınmamasına görə vergiödəyicinə cərimə tətbiq olunurmu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ