Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Politico: Amerikalılar Ukraynadakı döyüşlərdə iştirak edirlər

Politico: Amerikalılar Ukraynadakı döyüşlərdə iştirak edirlər

Tarix: 2 May 2022 08:54

Döyüş təlimi keçmiş amerikalılar minlərlə digər əcnəbi ilə birlikdə Ukraynadakı hərbi əməliyyatlarda Kiyev tərəfində iştirak edir.

Milli.Az APA-ya istinadən bildirir ki, belə bir açıqlama Amerikanın "Politico" qəzetində dərc olunub.

Qeyd olunur ki, Ukraynada, amerikalı Harrison Cozefovitsin başçılıq etdiyi "Task Force Yankee" qrupu fəaliyyət göstərir.

O, əvvəllər İllinoys ştatının Çikaqo şəhərində polis məmuru kimi çalışıb.

Harrison həmçinin ABŞ ordusunda xidmət edib.

Yazıda bildirilir ki, qrupda 190-dan çox könüllü var və onlardan bəzilərinin döyüş əməliyyatlarında iştirak edəcəyi gözlənilir.

Qrup üzvləri Kiyevin maraqları naminə Ukraynanın şərq və cənub bölgələrindəki döyüş xəttlərinə dərman və ərzaq çatdırılmasını asanlaşdırır.

Milli.Az


Etiketlər:  Politico Amerikalılar Ukraynadakı döyüşlərdə iştirak edirlər


RƏYLƏR