Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2022 17:50
Bu gün 45 yaşı tamam olan Xalq artisti Yusif Eyvazov müharibə ilə əlaqədar özəl gününü qeyd etməyəcəyini açıqlayıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə o, instaqram hesabında qeyd edib.
"Düşünürəm ki, bir şeyi qeyd etmək üçün bayram əhval-ruhiyyəsi, xoşbəxt hiss etmək və ətrafınızda çoxlu şən insanlar görmək lazımdır.
Təəssüf ki, bu, hazırda mümkün deyil. Tək istəyim sülh, övladlarımızın xoşbəxt bir zamanda yaşaya bilməsi, insanların bir-birinə hörmət, anlayışla yanaşmasıdır. Bunun baş verməsi üçün hər birimiz özümüzdən başlamalıyıq...." deyə Y.Eyvazov yazıb.
İfaçı özəl günündə yeni mahnısı - "Посмеёмся до слёз"u təqdim edib.
Qeyd edək ki, Yusif Ukraynadakı müharibəni pislədikdən sonra bir neçə sanksiya ilə üzləşməli olub.