Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2022 09:30
Almaniyanın Fraunhofer İnstitutunda strukturların vəziyyətinə nəzarət etmək üçün nəzərdə tutulan "ağıllı" boltlar yaradılıb.
"Smart Screw Connection" boltları hissələrin birləşməsinin sıxlığına nəzarət edir və birləşmənin bərkidilməsinə ehtiyac yarandıqda dərhal internet üzərindən siqnal ötürürlər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunun üçün boltlar xüsusi sensorlarla təchiz edilib.
Qeyd olunur ki, "ağıllı" boltlar körpülərin, külək stansiyalarının və digər infrastrukturların vəziyyətinə nəzarət etmək üçün istifadə oluna bilər.