Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Oğlum “Çelsi”nin akademiyasında oynayır” – Şevçenko

“Oğlum “Çelsi”nin akademiyasında oynayır” – Şevçenko

Tarix: 15 Sentyabr 2019 12:32

Hazırda Ukrayna millisinin baş məşqçisi olan Andrey Şevçenko bildirib ki, 2006-cı ildə “Milan”dan “Çelsi”yə keçidi səhv addım olmayıb.

Qol.az xəbər verir ki, vesti.ua saytına müsahibəsində o deyib ki, son 13 ili Londonda yaşayır.

“Ona görə də əgər Londonla Milan arasında seçim etməli olsam, indi İngiltərə paytaxtını seçərəm. Orada mənim ailəm yaşayır. Onlar üçün London rahatdır. İstəyirəm ki, uşaqlarım İngiltərədə məktəbə getsinlər”.

Şevçenko “Milan”dan “Çelsi”yə keçməsinin səhv olması fikrinə belə münasibət bildirib: “Qətiyyən. Mən keçmişi müzakirə etmək istəmirəm. Bu, həyatda baş verəcək proseslərdir. Necə olmalı idisə elə də oldu”.

Şevçenko ikinci oğu Kritsianın “Çelsi”nin  akademiyasında futbolla məşğul olduğunu da deyib.

 


Etiketlər:  Oğlum Çelsinin akademiyasında oynayır Şevçenko


RƏYLƏR