Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2019 17:09
Bakı. Trend:
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Müqəddəs Taxt-Taca rəsmi səfərə, ardınca İtaliya Respublikası və Macarıstana işgüzar səfərə yola düşüb.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib
Səfərlər çərçivəsində nazir E.Məmmədyarovun qarşı tərəfin rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi, həmçinin Budapeştdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) xarici işlər nazirlərinin görüşündə və TDƏŞ Nümayəndəliyi Ofisinin açılışında iştirakı nəzərdə tutulur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin