Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2019 19:28
Keniyalı qaçışçı Ceffri Kipsang Kopenhagendəki yarı marafonda (21,1 km) dünya rekordunu yeniləyib.
Trend-in məlumatına görə, onun nəticəsi 58 dəqiqə 1 saniyə təşkil edib. Beynəlxalq Atletika Federasiyaları Birliyi (IAAF) hələ nəticəni təsdiqləməyib. Əvvəlki rekord həmyerlisi İbrahim Kiptuma (58 dəqiqə 18 saniyə) aid idi, o 28 oktyabr 2018-ci ildə İspaniya Valensiyasında bu rekorda imza atmışdır.
Qeyd edək ki, Kopenhagendə yarışmaq üçün Kipsang sentyabrın 27-dən oktyabrın 6-dək Dohada (Qətər) keçiriləcək Dünya Atletika Çempionatındakı çıxışından imtina etmək qərarına gəldi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin